İldırım və dəniz
Dünən bir tiyə ildırımDüşdü Xəzərə,Çalxandı dəniz.Üfüqdə qara buludlar bağırdı,Qorxudan yarıldı qaranlığın bağrı.Dedim, doğradı dalğaları yəqin,Təbiətin bu odlu kəsəri.Nigarançılıq içində açdım səhəri...Səhər üfüqlər qızarmışdı,Nə buludlu, nə dumanlı idi.Ancaq XəzərBir qədər əsəbi,Bir qədər həyəcanlı idi,Söndürsə də qəzəbiyləİldırımın alovunu,Axşam şahə qalxan dalğalarınHələ yığmamışdı cilovunu.Elə bil yanırdıİçin-için hələ də.Meydan oxuyurdu XəzərÜfüqə də, sahilə də...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-ildirim-ve-deniz
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə ağ çalmalı Kəpəzin üstdə,Çətir tək durmusuz, qara buludlar,
KəpənəkZərli qanadını açaraq yenəDe, hara uçursan, hara, kəpənək?
DağlarYenə sizi gördüm, könül tərlanıVətən dağlarına uçdu, a dağlar.
Yarpaqlar töküləndəDağların zirvəsində hər gün bulud görünür,Dərələrin üstüylə boz dumanlar sürünür,
Poems by other poets · Nature and spring
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
DördlüklərDərindir kamalın dəryası dərin,Onun dalğasında kükrəyən xəyal.