Bu axşam nə ay var,Nə ulduz var dənizdə.Qapqara qatran tökülmüşdürSanki dənizin yerinə.Nə də işıq salırXəzərin qumlu sahillərinəÇıraqların düzümü.Tək qalıb dəniz,Tək-tənha...Bu axşam tükənibDənizin dözümü.Elə darıxır ki,Dindirsən ağlayacaq ha!..Heç vaxt belə görməmişdimDənizi tək-tənha...Tora düşmüş kimiYatağında çapalayır,Ancaq səssiz-səmirsiz.Heç inanmazdım,Fırtınasız, dalğasız daQəzəbli olar dəniz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring