Yaşıl dünyam
Dağlar da, düzlər də qızılı donda,Mənim gözlərimə yaşıl görünür.Bir yaşıl dünyam var, yaşıl çalmada,Hər yerdə arxamca gəlib sürünür.
Yaşıldır gözümdə, bulaqlar yaşıl,Ağaclar, budaqlar, yarpaqlar, yaşıl.Hər yana boylansam payızda, qışda,Yaşıldır yaxınlar, uzaqlar yaşıl.
Dərəyə baxıram zümrüd don geyib,Düşmənə baş əyməz bu dağlar yaşıl.Hər yaşıl səhərdə, yaşıl axşamda,Qarşımda dil açan irmaqlar yaşıl.
Bu yaşıl dünyaya, söyləmiş anam,Bir yaşıl səhərdə göz açmışam mən.Yaşıllıq arayıb, axtardım müdam,Dünyaya bir yaşıl iz açmışam mən.
Bir də dönəcəyəm, gələcəyəm mən,Bu yaşıl dünyaya bir səhər çağı.Hər insan qayıdır, gəlir yenidən,Yaşayır, yaşadır ana torpağı.
Yaşıllıq, yaşıl rəng bahar rəmzidir,Mən bahar gəzirəm elimə hər an.Qoy, elin gözünə yaşıl görünsün,Min rəngə, çalara düşən bu cahan.
Başımdan aşanda yaşıl dalğalar,Qoy məni gizlətsin bir yaşıl dəniz.Görsəm, görməsəm də yaşıl səhərdə,Yaşıl don geyinsin Bakıyla Təbriz.
Bir ömür hicranla durdum üz-üzə,İlim də, ayım da, günüm də yaşıl.Həsrət saraltsa da gözümün kökün,Fəryadım, səsim də, ünüm də yaşıl.
Qoy dünya bürünsün yaşıl rənginə,Yaşıla səsləsin məni yüz bahar.Baharda, payızda, yayda, qışda da,Qəlbimdə dil açsın yaşıl arzular.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-yasil-dunyam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Səhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
La'ali-Manzuma, chapter 20برادر ایمنم با تو در ایندشتچو نالان بلبلی برطرف گلگشت