Dənizə göz yaşı deməyin...
Dənizə göz yaşı deməyin,Deməyin: “Göylərin göz yaşıdı dəniz”.Dənizə üzük qaşı deməyin.Deməyin “Dünyanın üzüyününQaşıdı dəniz...”Deməyin, duzludurDonmaz dəniz,Deməyin bilə-bilə.Bəs nədən göz yaşı donurGilə-gilə!Deməyin, yanan görməyiblər dənizi hələ.Ancaq göz yaşı elə yanırNə közə çevrilir,Nə də külə...Dəniz yanardı,Bir qətrə göz yaşı olsaydı.Dəniz donardı,Bir qətrə üzük qaşı olsaydı.Dənizə göz yaşı deməyin,Amandı, yana bilər,Dona bilər...
Dünya dənizsiz qalar onda.İnsanlar dənizsiz qalar onda...Bütün gözəlliyini itirərYer üzü.Dənizə göz yaşı deməyin,Nə edirik donan dənizi,Yanan dənizi.Nə yaxşı ki, dəniz var dünyamızda,Təlatümlü, çağlayan dəniz.Nə yaxşı ki, beynimizdə,Şüurumuzda dəniz var –Heç zaman ovunmayan dəniz.
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-denize-goz-yasi-demeyin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.