Hay verin, gözəllər!
Yetimdir dünyadaKim qalsa yalqız,Aylara çevrilirGün aram-aram.Vaxt vardı siz məniAxtarardınız,İndi mən axtarıbSizi tapmıram.
Hay verin gözəllər, hara getdiniz?Vurub ürəyimə yara, getdiniz!
Sükutu nəğmə təkDurub dinlərəm,Həsrətəm xoş söhbət,Xoş qılıq üçün.Bir zaman görüşəTələsənlərim,Niyə tələsdinizAyrılıq üçün?
İllər saçlarımaYağdı qar kimi,Yoxsa çiçəklər təkSiz də soldunuz?Bəlkə də köçəriDurnalar kimi,Ayrı ürəklərəUçub qondunuz?
Yox, yox, incimirəmBu gün heç kimdən,Mənə bəxş etdinizGöyü, yeri siz!Şikayət etmirəmÖz taleyimdən,Sizsiniz taleyinƏsil nuru, siz!
Hayana getsəniz parlayın, yanın;Böyük tarixi var ötən hər anın!
16-17 dekabr 1999
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-hay-verin-gozeller
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəlində zühura nuri-təcəlla,Camalın tək münəvvər olmaz
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.