DünyayaGünəştəknur yayan insan,Vaxt olurÜfüqdəulduztək axır.İlləri min-dostlaadlayan insan,Ölümlə döyüşətəkbətək çıxır.Bu gözlə görünməzsirli döyüşdü —İnsan bu döyüşü harda görmüşdü?İnsan da,Ölüm dəbaxdı, gülüşdü...GülüşdənÜrəyəbir şübhə düşdü.— Ölüm, bəlkə ölməkdəhşət deyildir.Gəlmişik... gedirik...bu ki, bir haqdır.Torpağa gömülməkdəhşət deyildir.Dəhşət diri-diriölü olmaqdır!Elə ki, can aldın,Məgər ucaldın?Yeridin şaxtayla,əsdin küləklə...Ölüm, elə bildinqələbə çaldın,Ölüm, öləcəksənölümsüzlüklə!.....Yox! Necə? Ölüm dəölə bilərmi?Bəlkə bir üşütmədüşdü canına?..Nəsə fikirləşdio qəmli-qəmli,Əyri qılıncınıqoydu qınına!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death