Şöhrət kiminçinsə kölgəyə bənzər,Həmişə, hər yerdə izləyər onu.Fəqət halal şöhrət dünyanı gəzər,Kimsə məzarda da gözləyər onu.

Nələrə sahibdir sənət sahibi?O yanır, deməyə sözü çatmayır.Sabaha nur saçır şöhrət sahibi,Saçdığı nurasa özü çatmayır.

Kim ki məddahlıqla şöhrət qazandı,Durur dar ağacı önündə, sanki.Kim ki vicdan satıb sərvət qazandı,Doğulub ölür o, hər gündə, sanki.

Dinlə, nələr deyir əsrlər sənə,Yerlərin, göylərin həqiqətindən.Çatdı Yunis İmrə öz şöhrətinəAltı yüz illiyin kor zülmətindən.

Ötüb Nəsimi də altı yüz ili,Atını qürbətdən Vətənə sürdü.Beş əsr keçərək dahi FüzuliGəlib heykəlini Bakıda gördü.

Qəribə talelər olur dünyada,Hər izdə möcüzə, hər addımda sirr.Tarix iki əsri yola salsa da,Vazehin şöhrəti hələ yol gəlir.

Şöhrət kiminçinsə kölgəyə bənzər,Həmişə, hər yerdə izləyər onu.Fəqət halal şöhrət dünyanı gəzər,Kimsə məzarda da gözləyər onu.23-24 noyabr 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets