Danışan əllər
Gəl, — demək istəyir, gəl, — deyə bilmir,Əllər dediyini dil deyə bilmir.N.Xəzri
O, sirli sözlər ki,gəlməyir diləElə bil söyləyir bu axşam əllər.Öz doğma istisi, hərarətiləDillənən barmaqlar,Danışan əllər.
Gözlərdən süzülürBir elə nur ki,Dinir od ürəkdən alışan əllər.Bəzən elə susur,Elə susur ki,Kobud bir ovuca sıxışan əllər.
Titrəyir şam kimiİşıq saçdıqca,Gözəlin özünə yaraşan əllər,Pərişan telləri sığalladıqcaÖzü də kədərli,Pərişan əllər.Qu tək yumşaqmıdır,Süd tək ağmıdır?Küsüşən barmaqlar, barışan əllər.Mənə öz sirrini açaçaqmıdırDanışan barmaqlar,Danışan əllər?
5 yanvar 1998
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-danisan-eller
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yaxşı olar qohum, qardaş,El, başına dolandığım.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Biz həqiqətə gülürük, həqiqət bizə ağlayırHəqiqəti görürüz biz xəyal şəklində,Hidayəti oxuruz həp zəlal şəklində.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,