Eynək
Çarpayı yanında, kitablar üstdə,Gözləri gözləyən bir eynək durur.Qanad tək açılan, büllur şüşədə,Quruyub göz yaşı, bir xal tək durur.Doludur yer üzü qəmlə, təlaşla,Hələ deyilməmiş sözüm, ahım var,O getdi dünyadan bir damla yaşla,Bir ümman yaş tökdü dostlar, qohumlar.Günlərin gəl, həzin neyini dinlə,Sözdə dərdimizə nə çoxdur şərik.Baxırıq dünyaya sənin qəlbinlə,Dünyaya gözünlə baxa bilmirik.Dərdlər elə əyir qəddimi hərdən,Sanki dağ zirvəsi uçur üstümə.Eynəkdən,güzgüdən,pəncərələrdənGözlər məlul-məlul baxır gözümə.Osa uzaqlarda bir mələk kimi,Zərli kəcavəni yel təki sürür.Səma nəhəng, büllur bir eynək kimi —Biz onu görmürük, o bizi görür.
6 noyabr 1989
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-eynek
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bənim bu gün cəhənnəmlik duman almış yollarımı,Bir əzrayıl pəncəsi ki, sarmış cansız qollarımı.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.