Külək
Yenə payız gəldi qonaqlar kimi,Soldu məhəbbətim yarpaqlar kimi,Ürək pıçıldayır dodaqlar kimi,Külək, niyə belə əsirsən, külək?Niyə ümidimi kəsirsən külək?
Sevgilim görüşə çağırmış məni,Mən necə unudum olub-keçəni?O deyir astaca: "Sevmirəm səni..."Sən niyə sözünü kəsirsən, külək?Külək, niyə belə əsirsən, külək?
O ürək ağrıtdı, ürək incitdi,Bir eşqin sevimli nəğməsi bitdi.Sanki məhəbbətim xəyaldı, getdi...Külək, niyə belə əsirsən, külək?Səndəmi sevgimi gəzirsən, külək?
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-kulek
Use ← → keys to move, R for a random poem