Nar ağacı
Yenə qumlu sahil, yenə sərin bağ,Yenə axşam düşüb meynəliklərə.Burda sevgilimlə neçə il qabaq,Bir nar çubuğunu basdırdıq yerə.
Nar ağacı, nar çiçəyi,Bir ülduzdu hər çiçəyi.
Seyr etdim ağacın doğma yerini,Bircə çiçək qalıb, hanı çiçəklər?Onun qızıl rəngli ləçəklərini,Ya illər tökmüşdür, ya da küləklər.
Nar ağacı, nar çiçəyi,Döyüb tufan, qar çiçəyi.
Baxıram, qəlbimdə arzu oyanır,Uzaq xəyallarım alır qəlbimi.Sanki ay nurunda ulduzdur yanır,O son nar çiçəyi ilk eşqim kimi.
Nar ağacı, nar çiçəyi,Hələ yenə var çiçəyi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-nar-agaci
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
Aldım qələmi namə yazam, yarə könüldənAldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.
Kanz al-Haqa'iq, chapter 21به صورت آدمی کرده است نقاشاگر مردی به معنی آدمی باش
بر گرد لالهزار جمالت دمیده خطخورشید را به حلقه سودا کشیده خط