Süzür yarpaqlardanişıq qıyğacı,Divarın dibindəkölgələr xal-xal.Yanında köhnəlmişqoltuq ağacı,Döşündə saralıbsolmuş bir medal.Bu gün o əl açırgəlib-gedənə,Dünənsə ölümləo mərd görüşdü.Ömrünü, canınıfəda edənə,Bir medal, bir qoltuq ağacı düşdü.Azadlıq gəzirdi,özü oldu qul,Dünəni gözündəqanlı sirr kimi,Kiçik dəmir qabdacingildəyən pul,Səslənir dəhşətlibir təhqir kimi.Əlac yox!Gözünə çöküb dumanlar:Çağırma gəncliyi,axı hədərdir!Yanından biganəötür insanlar,Ötənlər medalsız dilənçilərdir.Axı can üstədirbir azman ölkə,Ölkə də dilənir,görürsən özün.Axı, qoltuqlara sığınan ölkə,Özünə bir dayaqaxtarır bu gün.Ölkə də, zaman da batıbdır yasa,Ölkə də sıxmayır səni bağrına!Qoca! Başqa şeyəgücün çatmasa,Qoltuq aqacındandirək ver ona.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets