Ayrı sahillərin eyni dalğası
Ömrün hər ilinəBir ümman dedim,Niyə uzaq saldı bu illər bizi?!Bir az sən tələssən,Mən geciksəydim,Bəlkə ayırmazdı sahillər bizi.
Yaxın bir sevgininUzaq nidası,Ürəyi şimşək tək odlayıb keçir.Ayrı sahillərin eyni dalğası,Doğma qəlbimizdən adlayıb keçir.
Gecə şirin-şirin mürgüləyəndə.Seyr edər ay səni, kəhkəşan səni.Mən səhər küləyə"Əsmə" deyəndə.Kim isə oyadar yuxudan səni.
Qoşa keçərsiniz...Yaxın gəlmərəmMən yoxam...yanında nə zaman o var.Gözümü qaldırıb baxa bilmərəm,O isə istəsə, əl də qaldırar.
Keçirsən, quş olub qanadlanıram,Amma, ucalmağa üfüq çatmayır.Səni mələklərə mələk sanıram,O isə qanuniBir arvad sayır.
Baxar qibtəyləmi sizi hər görən,Ya dinər yer iləSəma da birgə?
Birgə döyünməyən ürəklər, görən,Necə addımlayır dünyada birgə?Gecikmiş arzular aşıb-daşanda,Baxaram,Könlümdən al qanlar axar...Qanunsuz bir nikah qanunlaşanda,Qanuni məhəbbətKənardan baxar...
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-ayri-sahillerin-eyni-dalgasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Lap indicə səndin ölən?Son anında səndin gülən?
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
MəniƏhdinən, səmədən həyya layəmud,Tut dəstimdən, yetir dür üstə məni.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım