Səni sevən varsa...
Sən yeri, sən göyüQəlbinlə dinlə,Səni sevən varsa dünya sənindir.Sevən yoxsa, barış öz taleyinlə,Ağrılı-acılı röya sənindir.
Unutma sevgidənqaça bilməzsən,Səni sevən varsa, həyat sənindir.Sevən yoxsa,Quş təkuça bilməzsən,O sınmış, yaralı qanad sənindir.
Çöksə də yolunaqapqara bulud,Səni sevən varsa, cahan sənindir.Səni sevən yoxsa, dənizə üz tutOrda coşub-daşan tufan sənindir.
Əgər sevən varsa,sev ürəyinlə,Yazdığın hər dərdli misra sənindir,Sevən yoxsa, barış öz taleyinləMəcnun tək atəşli səhra sənindir.
12-19 aprel 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-seni-seven-varsa
Use ← → keys to move, R for a random poem