Bir gözələ
Nə ilahi bir görüşdü?Ürəyimə alov düşdü.Dodağında saf gülüşdüÜzü nurlu, sözü nurlu.
Dağ başından duman qopdu,Sən dilləndin cahan qopdu.Mən dilləndim tufan qopdu,Sən qürurlu, mən qürurlu.
Sevgisi az, şeri çoxdur,Sən ha yalvar, xeyri yoxdur.Az danışar — sirri çoxdur,Dil sükutda — ürək dolu.
Gözəl, sönməz bir işıqsan,Dünyamıza yaraşıqsan.Şair, nakam bir aşıqsan,Sən çılğınsan, eşqin ulu.
İki qürur — iki şimşək,Tökər yağış, əsər külək.Nəbi, nə sev, nə bəla çək,Eşqin olub heç uğurlu?
20 yanvar 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-bir-gozele
Use ← → keys to move, R for a random poem