Nəvələrimə
Doğum günümə hədiyyə axtarmayınBir övlad muradsa,biri qanaddırUludur eşqiylə, etibarıyla.Məncə hər ailə bir kainatdır —Öz Ayı, Günəşi ulduzlarıyla.
Dünyada sizsinizDövlətim — varım,Şirin bir nəğmədir doğma səsiniz.Bağıran Elgünüm, susan Yanarım,Siz mənə Tanrıdan hədiyyəsiniz.
Vüsalım — ürəkdən o yana-yanaÇatdırdı hamını haqqın yoluna.
Sonalar gölündənsu içib SonaNigar — əsrlərdən bizə yadigar.Ən kiçik Gülarə — hamıya ana,Onun gözlərində nəslin nuru var.
Bir oğul nəvəmsə,məndən uzaqdır,Adın dəyişiblər, canı sağ olsun!Adını o özü qazanacaqdırOnda deyəcəyəm, üzün ağ olsun!
Mənim çinar boylu nəvələrim, siz,Mənim arxamsınız, dirəyimsiniz.Mənim arzu dolu ürəyimsiniz.
Bir gün yatmaq üçünhaqq dünyasında,Sizin çiyninizdə gedəcəyəm mən.Gedəcəyəm... Fəqət əsrin yazındaBir yaşıl çinar tək bitəcəyəm mən!7-8 dekabr 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-nevelerime
Use ← → keys to move, R for a random poem