Əlvida
Əlvida, ömrümdən ötüşən bir il,Gözəl önündəki, heyrət, əlvida!Əlvida, dalğalar, əlvida, sahil,Çəkdiyim əzablı həsrət, əlvida!
Əlvida, ey yaşıl çinar kölgəsi,Çinarın sehirgar səsi, əlvida!Əlvida durnanın uzaq nəğməsi,Qəlblərin sükutu, sözü, əlvida!
Əlvida, qumlarda sirli naxışlar,Sahillərə düşən izlər, əlvida!Əlvida, mehriban, nurlu baxışlar,Hərdən o süzülən gözlər, əlvida!
Əlvida, göy meşə, çal-çarpaz budaq,Vaxtsız doğulmusan, ey baxt, əlvida!Əlvida hər şeyə, hər şeyə, ancaq,Sevgimə demərəm heç vaxt: əlvida!
6 yanvar 1993
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-elvida
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
İnsanamÖmrümün sonuna doğrudur atdığım həraddım.