Yaralar qövr edir təzədən, ürək!Niyə könül verdin ona sən, ürək?Sevmədi o səni, sən niyə sevdin?Səni sevməyəni sən niyə sevdin?

Eşqinə mən qurban gedim, ay ürək,Dedim, neçə dəfə dedim, ay ürək.Sevməyir o səni, niyə sevirsən?Səni sevməyəni niyə sevirsən?

Sözümə baxmadın, indi yan, ürək,Yan, hey mənim kimi peşiman ürək.Sevmirdi o səni, niyə sevirdin,Səni sevməyəni niyə sevirdin?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love