Bir sahil görürəm...Elə sahil ki,Üstündə illərin tufanlarıdır.Sahillər dənizin sonu deyil ki,Sahillər dənizin limanlarıdır.

Çağlayır, axışır dalğalar çin-çin,Onu yer səsləyir, göy alqışlayır.Burda qurtarırsa sahil mənimçin,Bəlkə başqasıyçın burdan başlayır.

Hər ömrün ölçüsü dünyada ildir,Həyat təbiətin şah əsəridir.İllər ömürlərin sonu deyildir,İllər ömürlərin sahilləridir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets