Kimdir?
— İnsanın yaxşısı, ya pisi kimdir?— Sadəliklə olur ilahi insan!— Dünyanın ən böyük dahisi kimdir?— Ən adi insandır — ən dahi insan!
— Söylə, yer üzünün vüqarı kimdir?— İnsana sitayiş kimdə varsa, o!— Dünyanın ən böyük şairi kimdir?— Yazmaq yox, pozmağı kim bacarsa, o!
— Həyatda əbədi əzəli kimdir?— Kim hörmət qazanır özü özünə.— Dünyanın ən böyük aqili kimdir?— Kim cavab vermirsə cahil sözünə!
— Rütbənin, şöhrətin ilk qulu kimdir?— Kim ki, vəzifəyə daim baş əyir!— Dünyanın ən böyük yoxsulu kimdir?— Kim ki, milyon üstdə əsib titrəyir!
— Mən yuxu görmüşəm, yozan bəs kimdir?— O deyir: Bir ömrün bitməyib yolu!— O zaman bu şeri yazan bəs kimdir?— Böyük bir Vətənin kiçik bir oğlu!
19-20 may 1996
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-kimdir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
HəyatımsanSənsən ilk baharım mənim,Sevimli gülzarım mənim.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.