Öz məğrur eşqimdə təmənnasızam,Bir damla istəsəm,Bir ümman istə...

Mən ki, bir dünyalıq baharam, yazam,Bircə gül istəsəm,Gülüstan istə.Mənə ulduz boyda işıq ver desəm,Sən məndənGünəşli asiman istə.

Haçan bir saatlıq görüş istəsəm,Sən bütün ömrümüƏrməğan istə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring