Hanı?
Sınır kövrək-kövrək qanad dünyada,Sanıram sonsuzdur həyat dünyada.Sabaha yaşamaqgümanı,hanı?Biz doyduq zövqündən haçan dağların?Bizi ana kimi qucan dağların,Hanı süd ətirlidumanı,hanı?Çox dedik dünyanınetibarından,Keçdik nisgillərin ahu-zarından,Dərdlərin sızlayankamanı,hanı?Xəzan yarpaqları düşür çiynimə,Qocalıq donunu biçir əynimə,Gəzirəm, illərinlimanı,hanı?
31 avqust 1989
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-hani
Use ← → keys to move, R for a random poem