İnsana doğulan günÖlüm hökmü kəsilir.N.Xəzri

Açıram səhəri sönən bir şamla,Sehirli həb kimi qəm uduram mən.Allaha inamla, haqqa inamla,Zülmət məhbəsimi unuduram mən.

Sükutu özünə könlüm dost sayır,Qitədən qitəyə qəlbən köçürəm.Nəsə yer söyləyir, göy pıçıldayır;Onları kağıza mənəm köçürən.

Cansıxan məhbəsin pəncərəsindən,Bir ulduz danışır, mənimlə ulduz,Ruhuma nur axır ağ şöləsindən,Deyirəm qəlbimi sən dinlə, ulduz!

Ömür tək beləcə əriyir gecə,Ömrün də sonuna ilk cavabam mən.Öz edam günümü mən gözlədikcə,Məhbəsdə yazılan bir kitabam mən.

31 dekabr 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets