Müşfiq evi
Payız vaxtı dağlar qoynunda Müşfiq evinəgedən körpünü sellərin uçurduğunu gördümƏziz MüşfiqimiBu doğma dağdan,Dünən qanlı-qanlı əllər ayırdı.Bu gün bura gələn dostdan, qonaqdan,Çağlayan dalğalar, sellər ayırdı.
Qumral saçlarınıDaradı külək,Xoşbaxtlıq gəzərkən dərd çəkdi burda.Qəbrin yox, qəbrinə səcdəyə gələk,El sənə kiçicik ev tikdi burda.
İnamı məhəbbət,Andı həqiqət,Onun nə dəhşətli taleyi vardı.Zəngin saraylara sığmayan şöhrət,Bu kiçik komaya necə sığardı?
O, ilham dağındaZirvəyə çatdı,Vətən səcdə qıldı məğrur sözünə.O, min-min ürəyə körpülər atdı,Təbiət qəsd etdi son körpüsünə!
Ev də yetim qaldı,Sahibi kimi,Durdu yerin-göyün,Qalibi kimi!
Burdadır məhəbbət,Hörmət yolları,Yenə görüşərik yaz səhərində.Gələr dəstə-dəstə el oğulları,Saxlayar körpünü çiyinlərində.Oktyabr 2000-Yanvar 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-musfiq-evi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
تا بیش دلم خراب داریدل بیش کند ز جانسپاری
Əlbəttə dili-şadə deyil kimsə qərinəƏlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.