Kim isə, nəyisəSeçir dünyada;Ağıl gözəlliyi,Üz gözəlliyi!Adam var şərbət təkİçir dünyada,Saxta səslənsə dəSöz gözəlliyi.

Mənim gözlədiyimGözəlliyim gəl,Kim deyər çəməndənSəhra gözəldir?Mənimçin cahandaHər şeydən əvvəl,Ürək gözəlliyiDaha gözəldir!

Belə gözəlliyiGörmək savabdır.Hər insan bir cürəDuyur aləmi.Ürək gözəlliyiTəmizdir, safdır.Dəryalardan çıxanMirvari kimi.

3 avqust 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets