Tökülərsə...
Arzular baharda, ömür qışdadırQuru haray çəkər, yaş tökülərsə,Ağıl yaşda deyil, ağıl başdadır,Başın nə günahı saç tökülərsə.
Bəzən coşub-daşan səmum olarsan,İllərdə əriyib sən mum olarsan.Dünya ləzzətindən məhrum olarsan,Ağzın nə günahı diş tökülərsə.
Namərd eləməyin qovaraq mərdi,İnam xəyanətə köksünü gərdi.Göydən dərin olar yerlərin dərdiUlduzlar yerinə daş tökülərsə.
Nəbini ah boğar, aman ağladar,Həsrət də, nisgil də yaman ağladar.İnsan qədir bilməz, zaman ağladar,Gözün nə günahı yaş tökülərsə.
8 aprel 1995
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-tokulerse
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Qonşuda bir qız ağlar,Qonşular çəkər ahlar...
Dərsə diqqətEy uşaqlar, edək biz də qeyrət,Taki, təhsil edək adəmiyyət.
BaşAmerika alimi R. Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.*Qəribə aləmdir... zəmanəmizdə
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur