Kim məni xatırlasa
Kim məni xatırlasa,Çıxaraq sahillərə,Mavi Xəzərə baxsın.Çevrilərək min kərə,Göy ləpələrə baxsın.Bilsin, Xəzər mənimdir,Göy ləpələr mənimdir,Kim məni xatırlasa.
Kim məni xatırlasa,Gəlsin bulaq başına,Qoşa çinarı görsün.Dolanıb dağ başına,Qalxan yolları görsün.Coşsun bulaqlar kimi,Dayansın dağlar kimi,Kim məni xatırlasa.
Kim məni xatırlasa,Əyilib səhər çağıKürdən, Arazdan içsin.Bəzənəndə ŞahdağıDərədən asta keçsin.Zirvə buludlardadır,Bilsin, qəlbim ordadır,Kim məni xatırlasa.
Kim məni xatırlasa,Çobanla dağ başındaBardaş qurub otursun.Qayaların qaşında,Bəzən kəklik də vursun.Zəhmətə alqış desin,Günəşə gülümsəsin,Kim məni xatırlasa.
Kim məni xatırlasa,Bilsin ki, qəlbim vurur.Hələ min diləyim var,Burda keçmişim durur,Burda gələcəyim var.Gəzsin Mili, Muğanı,Bütün Azərbaycanı,Kim məni xatırlasa.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-kim-meni-xatirlasa
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
قوش کیمی داغلار اوچوب ، یئل کیمی باغلار گئچدی
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Nəhalmı var?Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
QocalmırQocaldır insanı, qocaldır zaman;Ürəyin atəşi, közü qocalmır.