Dünəndə qaldı
Görən hara uçduŞaqraq gülüşlər,Ümidlər xəyala dönəndə qaldı?Titrək həyəcanlar,Doğma görüşlərƏlim yetişməyən dünəndə qaldı.
İlkin məhəbbətinOdu, atəşi,Eşqim bir ürəkdə sönəndə qaldı?Nə tez qürub etdi sevgi günəşi,Nuru, hərarəti dünəndə qaldı.
Təbiət! Nə böyük sehirlərin var,Nə verdinsə yenə o səndə qaldı,Verəndə nəcibsən,Alanda qəddar,Deyən səxavət də dünəndə qaldı.
İllər kəmənd imişİnsan boynundaÖmrü dara çəkmək kəməndə qaldı?Zamanın amansız, namərd oynunda,Nə vardı, nə yoxdu dünəndə qaldı.
Noldu düzə düşənO qoşa izlər,Ot basdı, saralmış çəməndə qaldı.Gözlər eynəklərdən mərhəmət gözlər,Gözlərin şövqü də dünəndə qaldı.Yatırdın, oyandınBəlkə sən, şairİllərin oxları sinəndə qaldı.Bu günə keçdinmi görəsən, şair,Bəlkə bu günün də dünəndə qaldı?
20 sentyabr 1996
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-dunende-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
EyləyirBozmolladan baxdım dağlar başına,Gördüm bulud göydə fəqan eyləyir.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,