Çinarlar qatar-qatar,Qalxıb zirvəyə çatar...Dağa qısılıb yatarMışıl-mışıl dərələr,Yaşıl-yaşıl dərələr.

Sizlərə vurğunam mən,Bəzəyiniz şəfəqdən...Günəş çıxar üfüqdənOvuc-ovuc zər ələr,Dərələr!..

Sevdiyiniz ağaclarKüknarmıdır, şammıdır?!Sizdən qalxan dumanlarDağlara salammıdır?!

Quş kimi üstünüzdən,Qanad çalım dərələr!Şamlıqda bir axşamlıq,Qonaq qalım, dərələr!

Əgər ki, yıxılsam çinar göstərin,Mən ona söykənib arana baxım.Gözlərim görməsə Göy gölü verin,Mən onun özüylə cahana baxım.Hər yerdə, həmişəSənsən gümanım.Canım-gözüm mənim!Azərbaycanım!

Sən günəş, mən isə bir zərrə kimiDiriykən oğlunam,Ölsəm torpağın.

Sən ki, döyündürdün mənim qəlbimi,Sən uca çinarsan, mənsə yarpağın,Mənəm sənin özün,Ey eşqim, canım,Sənsən özüm mənim,Azərbaycanım!

Sizlərdən yollar keçər,Siz yaxşı ki, varsınız,Dərələr!Zirvələrə açılanGeniş qapılarsınız,Dərələr!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets