Birdən söndü işıqlar,yer batdı qaranlığa,Dənizdən mavi zolaqdüşdü zülmət otağa.Bəlkə pozmayım, — deyə,dünyanın ahəngini.Ümmanlar gecələr dəsaxlayır öz rəngini.Qaranlığa süzülənincə, ilahi nurdu,Hərdən qara gözlərəparlaq dalğa qonurdu.Göz qırpanda elə bilçaxırdı ani şimşək,Zərif bir səs dinirdi, —o xəyaldı, ya gerçək?Bir gözəllə üzbəüzsöhbət gedir səmimi,Aramızda qaranlıqkeçilməz yarğan kimi.Bəzən qırıq misralar,isidir qəlbimizi.Sözlər qovuşursa da,zülmət ayırır bizi.Saatlar uzanırdı...bayırda külək, yağış...Qaranlığın söhbətinə işıqlı olarmış!Gəldimi mehribanlıq,Bəlkə gedir qaranlıq?Zülmət birdən çəkildi,Kibrit çöpü məşəldi.Biz idik işıq verəngöyə, torpağa indi.

Hazırdıq yer üzünəşəfəq saçmağa indi....Enirdik pillələrdən.ehmal-ehmal, aramla,Bir əl tutub əlimdənbakirə ehtiramla.Bu mənə dayaq olanürəkdimi, əldimi?Göydən enib gəldimi?Həsrətdi hərarətəaxı haçandı ürək,Yaxşı ki, söndü işıq,yaxşı ki, yandı ürək.

17-20 dekabr 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets