Dilim-dilim olasan, dilim!Xalq sözü

Xasiyyət — həm fəxrim,həm də ki, dərdim,Dünyada mənimləo — qoşa qonaq,Zəvzəklər yanındasusa bilərdim,Rütbələr önündəsusmadım heç vaxt!Keçdim qürurumlamən qışdan, yazdan,Əynimə atəşlibir köynək geydim.Dara çəkilsəydiməgər boğazdan,Yenə öz sözümümən deməliydim.

Haqsızlıq gördümsəyandım, alışdım,yenə həqiqəti,haqqı danışdım.Ulu müdriklərindilimdə adı,Çünki ilahidirali həqiqət,Cavid də, Müşfiq dəaxı susmadı,Fəqət susdurdularonları, fəqət!İnsanlar ucalıruzaqlığından,Mərd sözü — ədalətçağırışıdır!Kim deyir danışmaqazadlığındanSusmaq azadlığıdaha yaxşıdır?

Qoru qürurunu,bəşər oğlu sən,Özün həqiqətəişıqsan, nursan!Sadələr yanında,susa bilərsən,Rütbələr önündəniyə susursan?Gərək ki, haqsızlıqdönsün hədəfə,Əyilməyin sonuacı lənətdir!Yerində danışmaqbəlkə qələbə,Yersiz susmaq isəməğlubiyyətdir!

9 sentyabr — 6 oktyabr 1999

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets