Hardansa dünyaya qonaq gəlirəm,Bəlkə də burdayam mən heç gəlmirəm.Görmək istəyirəm, kimi bilirəm!Sevmək istəyirəm, kimi bilmirəm!Ötüb soyuq-soyuq günlərin min-min,Sənin kimə sevgin, kimə eşqin var!Nədir umacağın dünyadan sənin?Bircə qan qusmağa qızıl teştin var!Kimi sevməlisən bilmirsən əgər,Sənin özünü də söylə kim sevər?

25 noyabr 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love