Çal-çağır dünyası
Yer göyə,Göy isə yerə boylanırNə vurçatdasındır bağda, bağçada.Sanki ölkə böyük rəqs meydanıdır,Uşaq da oynayır, gənc də, qoca da.Kimsə deyir xısın-xısın:Aclıq olsun, keyf olsun!Vallah, çalçağırdanQulaq kar olur.Mən heyran qalmışam tamam bu sirrə.Qafiyəpərdazlar bəstəkar olur,Hətta bəstəkar da dönür şairə.
Bu gün dil-dil ötürDağda, arandaOxumaq bacaran, bacarmayan da.
Oxusun madam ki, çox həvəsi var.Nolar səsi yoxdur,Pul kisəsi var.
Özünə ad verir biri madonna,Başqa birisi də primadonna!
Kiməsə yol açıb qayğıkeş ölkə,Sabah mahnı şahı söylədi bəlkə.
Kimsə — gəlsən mənə neylərsən — deyir,Kimsə sevdiyinə ölüm diləyir.
Qalxsa məzarından Üzeyir, Qara,Nə deyər bayağı çalçağırlara.
Günün sədasını eşitsə əgər,Bülbül də, Fikrət də vallah, tər tökər.
Gəlib keçir illər ağır qatarla,El bilmir nə üçün əl çalır hər gün.Dollarla sənətdə ucalanlarlaSənətin hörməti alçalır hər gün.
Qövr edir yaralarQan sıza-sıza,Kim bu dəbdəbədən təmannalıdır?
Bu şitlik nədəndir şadlığımıza —Məmləkət elə bil konsert zalıdır.Kimsə deyir xısın-xısın:Aclıq olsun keyf olsun!
Bəlkə ötəcəkdirBu adi meyilYoxsa zəncir kimi sərt həlqələrdir?Bəlkə də nəğmələr nəğmələr deyil,Zəlzələ günündə qəhqəhələrdir?
Fəqət səcdə edək Şövkət adına,Qoy Zeynəb sənətin çatsın dadına!Lüt-üryan səhnəyə çıxmaq nə lazım,Şux geyim yaraşır əsil qadına!Sənət yuxudasa,Ayıltmalıyıq,Biz öz kökümüzə qayıtmalıyıq!
Kim ki, bu dərdlərə əncam çəkəcək,Xalq ona qızıldan heykəl tökəcək!
1-3 dekabr 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-cal-cagir-dunyasi
Use ← → keys to move, R for a random poem