O qara gözlər
Səhər gün tək çıxmalısan,Dünya sənə əhsən desin.Gözmuncuğu taxmalısanGözlərinə göz dəyməsin!
Dinir sükutundaSehirli səslərQonmasın gözlərə qəm, kədər, gözəl!Qaranlıq gecədən rəng alan gözlərBəs niyə nurludur bu qədər, gözəl?
Bəlkə deyilməmişSirli bir sözəm,Qəlbim gətirməmiş dodağa məni.Gözəllik önündə mən ki, gücsüzəm,Gözlərlə gəl, çəkmə sınağa məni.
Qalmasın arzuylaÜmid yarıda,Şəfəqlər üfüqdə zər nişan kimi,Sonsuz asimanın ulduzları daSığınıb gözlərə kəhkəşan kimi.
Yerdən güc istərəm,Səmadan kömək,Ötüşsün ümidlə il dalınca il.Məgər ayrılıqdır gözlərdən öpmək,Bu Aya, ulduza qovuşmaq deyil?
Mən səni qəlbiməMehriban saydım,Səninlə görüşdüm yaz çağında mən.Sevincdən göylərə qanadlanaydım,Zülmətli gözlərin işığında mən.
Həsrət də doğmadırDünya üzündə,Yoluna zillənib gözlərim yenə.Ömrün ağ günündə, qara günündə,O qara gözləri gözlərəm yenə.
3 aprel 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-o-qara-gozler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Yazım, gəl, baharım, gəlÜrəyim döyünüb uçar quş kimi,Düşər torpaqlara vurulmuş kimi’
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd