Çökdü qəlbə kədər, qəm,Soyuq yellər əsəndə.Səni gözləyəcəyəmGəlsən də, gəlməsən də.

Getdin, boş qaldı hücrəm,Sözlərimdən küsəndə.Səni gözləyəcəyəmGəlsən də, gəlməsən də.

Hər an səsləyəcəyəmHay verdin bəlkə sən də.Səni gözləyəcəyəmGəlsən də, gəlməsən də.

"Əzizim" — deyəcəyəmQədrimi bilməsən də.Səni gözləyəcəyəmGəlsən də, gəlməsən də.

9 aprel 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets