Gedir
Duyğular şəhvətə satıldığındanÜrəkdən köç edibməhəbbət gedir.Bulanlıq sel gəlir eşqin dağından,Məhəbbətlə birgəsədaqət gedir.
Başımız üstündə şimşək çaxdıqca,Bədbəxtlik yandırır,səadət gedir.Hökmran taxtına yalan çıxdıqcaBizdən üz döndəribhəqiqət gedir.
Varlılar keyf çəkir xanimanlarda,Dilənçi çoxalır,səxavət gedir.Yerlərin fəryadı asimanlarda,Əl açan kəslərlələyaqət gedir.Sındıqmı önündə məşum küləyin?Satqınlıqla qoşacəsarət gedir.Sabah məzarıma gəlib söyləyin:Torpaq azad olur,əsarət gedir.Bilim ki, ədalət qanadlarındaŞöhrət geri dönür,xəcalət gedir.Onda rahat yatım öz məzarımdaBilim, torpaq üstdəndərd, həsrət gedir.
20-25 dekabr 1998
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-gedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Qəzəl: Ənanım aldılar əldən dili-zar ayrı yar ayrıƏnanım aldılar əldən dili-zar ayrı yar ayrıMəni divanə etmişlər xəzan ayrı bahar ayrı
AyırmaSənə qurban olum, fələk,Dağları qardan ayırma!