Əsrimizin görkəmli alimiBudaq müəllim Budaqova ithaf

Doymadıq Xəzərinsərinliyindən,Açdıq qəlbimizi dənizə, dostum!Keçdikcə biz ömrün cəngəlliyindənNə qədər gec gəldik üz-üzə, dostum!

Qəlbən təbiətiqardaş sanırsan,Önündə ağaclar baş da əyiblər.Sən ki min budaqlı məğrur çinarsanSənə “qoşa budaq” nahaq deyiblər.

Ömürdən gün gedər,ömrə gün gələr,Günlərin ağı var, qarası vardır.Təbiət özü də, yəqin fəxr elər, —Sənin tək təbii arxası vardır.

Torpağa bağlananmüqəddəs ömrünDuyğusu hər güldən, çiçəkdən keçir.Milləti ürəkdən sevənlər üçünCoğrafi sərhədlər ürəkdən keçir.

Mehriban baxışlarpak nur kimidir,Həqiqəti deyək, axı insafdır.Səndə düşüncələr büllur kimidir,Təfəkkür safdırsa, fikir də safdır!

Dalğındır...Sabahı o görən alim,Kimsə başı üstdə dayanır səssiz.

Əzizdir dünyaya nur verən alim,Alimə nur saçan qadın da əziz!

Bu gün parçalanıbyer kürəsi də,Hər daşı qorumaq zəmanəsidir.Qədim ana yurdun xəritəsi də,Tarixin əbədi xatirəsidir!

Dedin ki, aqillərmeydana gəlsin,Uludur obaya, elə sədaqət!Xəyali həqiqət gəzənlər, bilsin,Vətən torpağıdır Ali həqiqət!

Doymadıq Xəzərinsərinliyindən,Açdıq qəlbimizi dənizə, dostum!Keçdikcə biz ömrün cəngəlliyindənNə qədər gec gəldik üz-üzə, dostum!

Gəl, birgə dolaşaqDağı, ormanı,Yaxşı ki, doğmalarTapır doğmanı!

21-31 yanvar 1999

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets