Bu il gördüyüm qız — Günəşdi, Aydı?Bu il necə uzun, necə qısaydı?

İstəsə, dönərdim saf ümmana mən,Onu quçmaq üçün ləpələnərdim.İstəsə, dönərdim kəhkəşana mən,Onunçun kəmər tək yerə enərdim.

İstəsə, dönərdim Kəpəz dağına,Göy göldən axardım şəlalə kimi.İstəsə, dönərdim göy qurşağına,Onun başı üstdə zər halə kimi.

Ehmalca telləri oxşadım ki, mənPərişan söyüdlər saçıydı, sanki.Bir ildə bir ömür yaşadım ki, mənMin-min ömürlərin tacıydı, sanki.

Qəlbim atəşlərlə parçalansa da,Kədərlər, qüssələr sanki heç oldu.Sevgiyə inamım haçalansa da,Sevgiyə ümidim birə üç oldu.

Hər an gözləsəm də, görüş xəbəri,Ol! — dedim, — gözəlim sən özün təki.Ümidlə açıldı ilin səhəri,Axşamı ümid də söndü gün təki.

Bir ilin günləri karvan kimiydi,Karvan qumluqlarda seyrəldi, keçdi.İl bəlkə il deyil, bir an kimiydi,Bilmədim, heç necə o gəldi, keçdi.

Oldu o, bəzəyi göyün, yerin də,Könlümdə bir həsrət iqlimi qaldı.Əriyib zamanın üfüqlərində,İl yenə taledə il kimi qaldı.

O, Aydır, ulduzdur — sirli həyatdır —Hər il də, elə bil, bir kainatdır!

28-31 dekabr 1998

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets