Ey Məhəmməd ümməti,səndən budur istəyim:Quranı səhv oxuma,Allaha ağır gedər.

Biz ona İlahidənverilən dərs demişik,Biz ona duyğulardansüzülən səs demişik.Biz ona yaranışdan saf,müqəddəs demişik,Quranı səhv oxuma,Allaha ağır gedər.

Onun dərkinə varmaqər oğlu ər işidir,Zərgərlik sənətidir,o bir zərgər işidir,O, Tanrı möcüzəsi,o, peyğəmbər işidir,Quranı səhv oxuma,Allaha ağır gedər.

Nə ucadı məqamı,nə şirindi əzabı,Tilsimlərin dilidir,sualların cavabı,Dürüst oxu, gözəl yaz,birə-mindi savabı,Quranı səhv oxuma,Allaha ağır gedər.

İlqar, iman sahibiocaq olar, kül olmaz,İmansız bir ürəkdətikan bitər, gül olmaz,Allaha ağır gedənbəndəyə yüngül olmaz,Quranı səhv oxuma,Allaha ağır gedər.

Quran nə bütpərəstin,nə də ki bir bütündü,Yoxdu onu yandıran,onu yaxan büt indi,Haqdan bəndəyə doğruyüksələn bir sütundu,Quranı səhv oxuma,Allaha ağır gedər.

Üstündə Haqqın əli,Yaradanın zəhmi var,Bir sözdə min aləmindüşüncəsi, fəhmi var,Demə ki bağışlayar,o, Rəhmandı, rəhmi var,Quranı səhv oxuma,Allaha ağır gedər.

Yeri ucadan uca,yaşı uludan ulu,Hər nöqtəsi, vergülüİlahidən vurğulu,Övliya da, şeyx də,imam da onun qulu, —Hər qəlbə o kitabdanyol düşər, cığır gedər,Quranı səhv oxuma,Allaha ağır gedər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love