Nədir ərəsat ayağı, gedin Ərəfatda görün!
Ey Allahın bəndələri,. Haqqa çatmaq istəsəniz,İnsanlığın tarixiniAdəm adlı zatda görün.
Varaqlayın səmalardanenib gələn kitabları,Davuda Zəburda baxın,Musanı Tövratda görün.
Ruhun sınmaz qanadları. , İşgəncə, çarmıx tanımır,İsanı İncildə tapın,ən sehrli qatda görün.
Quranın hər ayəsindədiri, canlı bir həyat var,Ona baxın, Məhəmmədihəmişə həyatda görün.
Göy üzündən yer üzünəenib gələn ağ yollarıCəbrayılın çiynimizdəçaldığı qanadda görün.
İslam nədi, iman nədi,nə deməkdi müsəlmanlıq? —Rəsulullah yer üzünəgəldiyi saatda görün.
Hayandadı Adəm-Həvvabir-birini tapdığı yer,Nədir Ərəsat ayağı,gedin Ərəfatda görünl
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-nedir-eresat-ayagi-gedin-erefatda-gorun
Use ← → keys to move, R for a random poem