Təkcə ümidimizAllaha qalır,Odlar məmləkətim odsuzdur nədən?Günahkar bir dünya dağılmalıdır,Ya vəlvələdən, ya zəlzələdən!

Şəlaləmi dönübGöz yaşlarına.Göz yaşları axır gur şəlalədən.Kor olar xor baxan el qubarınaYa vəlvələdən, ya zəlzələdən!

Bəsarət bağlandı,Aclıq yol açar,Xalq bərəkət umar bircə tikədən.Səma yerə enər, yer göyə uçarYa vəlvələdən, ya zəlzələdən!

ÇəməninLalələr açan vaxtı var,Dəryalar yaranar kiçik qətrədən!Uca bəndlərin də uçan vaxtı var,Ya vəlvələdən, ya zəlzələdən!

25 noyabr 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets