Doğma Qarabağım,Söylə hardasan,Sanki əsrlərinArxasındasan?Böyük bir bəladırTorpaq dərdimiz,Bir yabı belindəMəndən qaçırsan!Sənə yaxınlaşmaqİstədikcə biz,Elə bil sən bizdənUzaqlaşırsan.Qarabağ, söz var ki,Dərk etmirəm mən!Axı nə söhbətdir,Güzəşt söhbəti?Hansı meyar iləÖlçülər görənXalqın ilk taleyi,Son aqibəti?Səni görəcəyəmHaçan Qarabağ?Yurdun həsrətlidirOğulu, qızı!Torpağı güzəştəBiz razılaşsaq,Əvvəl güzəşt edəkVicdanımızı!Mən bu izdivacaNecə inanım?Sən ey QarabağımDinim-imanım!16 sentyabr 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland