Doğma kəndimizdə bağ-bağça saldıq,Yazda, qışda onun qeydinə qaldıq,Çinarlar ucaldı arzumuz təki,Boy atdı qovaqlar, şamlar,bir də ki,Sular kənarında salxım söyüdlər...

Səninlə ilk dəfə gəldik bu bağa,Döndü ürəyimiz sevincdən dağa.Görüşdük elə xoş, sakit yerdə ki,Sən oldun, mən oldum,bir də, bir də ki,Sular kənarında salxım söyüdlər...

Aldı öz qoynuna budaqlar bizi,Açdıq bu yerdəcə ürəyimizi.Bir sirlik qalmadı bizim sirdə ki?!Mən dedim, sən dedin, bir də, bir də ki,Sular kənarında salxım söyüdlər...

Hayana yollansam, hayana getsəm,Dağlara dırmansam, arana getsəm,Yenə də hər zaman ürəyimdəkiSənsən, eşqimizdir,bir də, bir də ki,Sular kənarındakı salxım söyüdlər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets