Axşam... çiçəklidirGöylər çəməni,Enir ayağına parlaq ulduzlar.Neçin ağır gündə axtarmır səni,Evinin dirəyi bildiyin dostlar?Barış taleyinlə, barış, ay Nəbi!

Bağda necə vaxtsızTökdü xəzəllər,Meyvələr nə erkən sovuldu, getdi.Sənə "qartalımsan" deyən gözəllərUçub sərçələr tək yox oldu, getdi.Barış taleyinlə, barış, ay Nəbi!

Üz gülmür,Açılmır,Qəlbdə şaxta, don,Xəzri otağında oynayır külək.Dünən gur zənglərdən sınan telefonBu gün boyun büküb susur yetim tək!Barış taleyinlə, barış, ay Nəbi!

Sənə irişərdiİşi düşənlər,Təriflər qopardı sən dinən zaman.İndi onlar səni görməyir məyər?Niyə təşəxxüslə keçir yanından?Barış taleyinlə, barış, ay Nəbi!Axı nə baş veribGörən cahanda,Necə qapalıdır sehirlər, sirlər.Məlum həqiqət var: gəmi batandaİlkin siçovullar qaçıb gedirlər.Barış taleyinlə, barış, ay Nəbi!

Zənginlər gördünmü, sən geri çəkil,Varın-dövlətin də öz hökmü vardır,Ürəyin doludur — bu meyar deyil,Ciblərin boşdursa — bax bu meyardır!Barış taleyinlə, barış, ay Nəbi!

Bəlkə qürurundur —Günahkar bu gün?Qürur haçan olub, haçan günahkar?Fəqət dərin-dərin sən bir də düşün,İnsan günahkardır, zaman günahkar?Barış taleyinlə, barış, ay Nəbi!

Sinəni dərdlərəMərdanə gər sən,Sevgi də, nifrət də müqəddəs olar.Axı barışmasanSən neyləyərsən?Sözlər də səhrada batan səs olar.Barış taleyinlə, barış, ay Nəbi!

20 iyul 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets