Nəvəm Vüsalın bağ düşüncələri
Yaz tətili gəlincə,Baharı da, yayı da.Mən yatıram hər gecə,Sehirli çarpayıda.Yuman kimi gözümüMöcüzəli dünyada.Mən görürəm özümü,Şəfəqlərlə qol-qolaÇıxıram uzaq yola,Buludu yara-yaraAsimana uçuram.Uçuram ulduzlara,Kəhkəşana uçuram.Göylərə çatdıqca mən,Ruhuma qanad gəlir.Görürəm ki, üfüqdənAtəş yallı at gəlir.Nurladır göyü, yeri,Zər tellər alov kimi,O parlayan telləriTuturam cilov kimi.Səma! Mənə yol eylə,Bu gün yollar mənimdir!Kəhkəşan üzəriylə,At çapıram mən indi!At uçur uzaqlara,Ulduz-ulduz dağlara.Şəfəqlər saçaq-saçaq,Min sirr söyləyir mənə,Baş qoyuram astacaAyın bəyaz köksünə.Dan sökür aram-aram,Mən birdən oyanıram.Ulduzlarda yatıram,Yerdəsə oyanıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-nevem-vusalin-bag-dusunceleri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Vəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,