Dərdi verək küləklərə,Ağlamayaq için-için.Toxum səpək ürəklərə,Xeyirxahlıq göyərməkçin.

Nur ol, ötsün zil-qaranlıq,İnam varsa, söz qətidir.Yaxşılıqla mehribanlıq —Məhəbbətin qüdrətidir.

Bulaq kimi sısqa axma,Mərdlik coşan gur dənizdir.Yaxşılığa əvəz umdun,Yaxşılığı yerə vurdun.

Namərdlərə mərd söyləsən,O ilan tək çalar səni.Sən minnətli çörək yesən,Boğazında qalar sənin.

Dad yox, yadlar çörəyində,Haram üstə əsən qışam!Əlim Allah ətəyində,Kimsəyə əl açmamışam!

Halallıq var, mən də varam,Nolsun oxum dəyir daşa!Torpaqda da uyuyaram,Pak vicdanla mən baş-başa!

18-19 fevral 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets