Qoca və cavan
O səs, əsrlərdən gəlir elə bil.O səs, necə uzaq, necə də kövrək.Əsir o qocanın ürəyi tel-tel,Cavansa dinləyir gülümsəyərək.
Birinin çiynində bir əsrin yükü,Qalıb əl çatmayan dünəndə həyat.Biri saya almır-heç yeri, göyüƏmrilə dövr edir sanki kainat!
Biri salamlayır Günəşi, Ayı,Birinin gözündə sönən bir çıraq....Qoca elə bilir cavan olmayıb,Cavan elə bilir qocalmayacaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-qoca-ve-cavan
Use ← → keys to move, R for a random poem