Ürək atəşindənsöz su içəndir,Odu da, suyu dayaxıb keçəndir.Söz əsil sultandır,söz padişahdır.Söz ulu məbədgah,söz qibləgahdır.Söz ki həm əsgərdir,həm də sərkərdə.Ölürsə, mərdanəölür səngərdə.Sözə səcdə etməkbəxtdir, qədərdir,Sözündən qaçanlarfərarilərdir!

Söz ki, nə boyadır,nə də ki, riya,Sözdən təmiz varlıqgörməyib dünya!Bu gün sözə min-minrəng vuranlar varXırman taxılı təksovuranlar varSöz məddah dilindəah-aman çəkir,Bu dərdi yer çəkir,asiman çəkir.Axı nəyə lazımsöz olsun dərin?İndi zamanıdırsöz düzənlərin!

Sözlə rütbələrəçatanlar nə çox!Sözün kölgəsindəyatanlar nə çox!Unutma!Sözün dəöz məqamı var,Sözün nadanlardanintiqamı var!O, qəlbən qürurlu,ruhən haqdır o,Nankor boğazındantutacaqdır o.O, xalq tarixininəqş edən sözdür,Ana dilimizibəxş edən sözdür.

Ürək atəşindənsöz su içəndir,Odu da, suyu dayaxıb keçəndir.Ürəkdən gəlməyənürəksiz olur.Ürəksiz söz də ki,gərəksiz olur.Demirəm bəd sözləüzün ürəyi,Ürəyin özüdür,sözün ürəyi.

15-16 yanvar 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets