Reyhan ətirli dünya
Baxdım gözlər qəmli,Baxışlar ürkək,Mən susdum, qurudu dilim də sanki.Bir əldən tutdum ki,Atəşli, titrək,Reyhan topasıydı əlimdə sanki,
Birdən ulduzlar dayerə endilər,Şimşəklər hay verdi ürək ahıma.Sanki şəfəqlər də ətirləndilər,Reyhan rahiyəsi axdı ruhuma.
Sözlər çəmənlərdənƏsən yel kimi,Tanrı, sözlərin də ətri olarmış!Gözlər lalədəki qara xal kimi,Tanrı, Gözlərin də ətri olarmış!
Zülmətli yollardankeçirdim dünən,Bu günsə parladı ziya mənimçin.Özüm də bilmirəm nə üçün, nədən,Reyhan ətirlidir dünya mənimçin.
Könüldə oyananBu duyğu nəydi?Yapış əllərimdən ey sirli əllər!Bəlkə ilahidən bir möcüzəydi,Ətirli dünyamda ətirli əllər?
Küləkdir,Çiçəklər leysan qoparır,Görən axtarıram mən kimi, nəyi?
Məni, mən bilmirəm hara aparırHeyran ürəyimin reyhan istəyi?
Bu mənə cahandaSirr kimi qalır,Sən kimin arzusu, məhəbbətisən?Bəlkə həqiqətinsən ilk xəyalı,Xəyalın sonuncu həqiqətisən?
28-31 dekabr 1997
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-reyhan-etirli-dunya
Use ← → keys to move, R for a random poem