Əzəl başdan açarıdır sirlərin,Öz gücünü ürəklərdən alar söz.Ümid verər, sevinc verər, qəm verər,Müşkül olan dərdə çarə qılar söz...

İlk həmdəmdir, ilk silahdır hər kəsə,Əgər ki, o saf poladdan deyilsə.Hər kəlməsi öz yerində deyilsə,Qılınclardan daha kəskin olar söz.

Söz ucaldar bu cahanda insanı,Əzizləyər bu cahan da insanı.Vaxt olar ki, bircə anda insanı,Əlli ilin hörmətindən salar söz.

Çalış, Nəbi, gecə-gündüz yarat sən,Bəd sözləri öz sinəndən yar, at, sən.İnci seçib, dürr toplayıb yaratsan,Səndən eldə bir nişanə qalar söz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets